BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb

Ankara, 17 iyul, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədə 2024-cü ildə ÜDM-nin artım proqnozunu 3,6 faizə qədər artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlar fondun iyul ayı üçün açıqlanan icmalında yer alıb.

Beləliklə, BVF Türkiyə üzrə aprel ayı proqnozunu yaxşılaşdırıb, ona əsasən isə cari ilin yekunları üzrə ölkə iqtisadiyyatının artımı 3,1 faiz səviyyəsində qiymətləndirilib.

İyul icmalına görə, Türkiyədə 2025-ci ildə ÜDM-nin artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırılır.

BVF, həmçinin qlobal iqtisadiyyatın artımı üzrə hesablamalarını bölüşüb. Fondun proqnozlarına görə, qlobal iqtisadiyyatın artımı bu il 3,2 faiz, gələn il isə 3,3 faiz təşkil edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top