
BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI – Artım olacaq (ÖZƏL)
Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 2 faizdən 3-4 faizədək artacaq.
Economic.az bildirir ki, bunu Trend və “AzerNews” qəzetinə müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçu deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun nəqliyyat, turizm, rabitə və telekommunikasiya kimi sahələrində əhəmiyyətli artım müşahidə olunsa da, tikinti sektorunda dövlət investisiyalarının azalmasının nəticələri hələ də hissi olunur.
M.əl-Qorçu iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli artımı üçün struktur islahatların əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, bu tədbirlər qeyri-neft sektoruna birbaşa xarici kapitalın cəlbinə yönəlmiş genişmiqyaslı islahatları əhatə etməlidir:
“Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycanın qeyri-neft ixracının artmasına kömək edə bilərdi”.
BVF-nin Azərbaycandakı prioritetlərindən danışan missiya rəhbəri vurğulayıb ki, Fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım göstərir:
“Buraya maliyyə-kredit, verti siyasəti, məzənnə, bank nəzarəti və milli gəlirlərin qeydiyyatı və pul statistikası üzrə məsləhətlər və tövsiyələr daxildir”.
BƏNZƏR MƏQALƏLƏR
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
ECONOMIC: Aprelin 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə […]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Economic.az “AzərTac”a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin […]
“Azeri Light” neftinin qiyməti 66 dolları ötüb
ECONOMİC: Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq […]