“Bukmeyt” xidmətində kitabları real zamanda səs modeli səsləndirəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bukmeyt” xidmətində kitabları real zamanda səs modeli səsləndirəcək

Bakı, 11 iyun, AZƏRTAC

“Yandeks Plus”un “Bukmeyt” kitab xidməti əvvəlcədən yazılmış audio versiyası olmayan kitablara real zaman rejimində qulaq asmağa imkan verən texnologiyanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Virtual hekayəçi peşəkar diktorları cəlb etməklə “Yandeks”in nitq texnologiyaları bazasında işlənib hazırlanıb.

Naşirlər üçün bu cür texnologiya oxucular üçün kitablarını daha əlçatan etməyə imkan verəcək. Tələbat haqqında məlumatlar nəzərə alınacaq. Onlara uyğun olaraq kitabı peşəkar diktorları cəlb etməklə səsləndirib-səsləndirilməyəcəyi ilə bağlı qərar qəbul olunacaq. Kitabların yeni onlayn səsləndirilməsi dinləyiciləri, xüsusən də əsərlərə çıxışın erkən mərhələsində cəlb edəcək.

Səsləndirmə real zaman rejimində baş verir. Funksiya “Bukmeyt” seçimi ilə “Yandeks Plus” abunəçiləri üçün Android və iOS-da tətbiqdə görünəcək. Yeni imkana çıxış əldə etmək üçün tətbiqi son versiyasına qədər yeniləmək lazımdır.

Başlanğıcda istifadəçilər kişi səsinə çıxış əldə edəcəklər, gələcəkdə qadın səsi də əlavə olunacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top