Budapeşt caz klubu nüfuzlu Avropa mükafatına layiq görülüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Budapeşt caz klubu nüfuzlu Avropa mükafatına layiq görülüb

Budapeşt, 7 sentyabr, AZƏRTAC

Budapeşt Musiqi Mərkəzinin binasında yerləşən “Opus” Caz Klubu “Europe Jazz Network” (EJN) nüfuzlu peşəkar mükafatına layiq görülüb.

AZƏRTAC bu barədə Budapeşt Musiqi Mərkəzinin pres-relizinə istinadla xəbər verir.

“Bu il 13-cü dəfə təqdim olunan EJN mükafatı tamaşaçılara ən orijinal caz proqramlarını təklif edən Avropa festivalı və konsert məkanlarına verilir”, – deyə məlumatda bildirilir.

Münsiflər heyəti qeyd edib ki, “Budapeşt Musiqi Mərkəzi həm yerli, həm də beynəlxalq sənətçilərə sadiqdir. Onun seçimi, musiqiyə bir incəsənət növü kimi sədaqətində cəsarətli və xaraktercə macəralı, stilistik cəhətdən çoxşaxəli proqramdır”.

“Budapeşt Musiqi Mərkəzi musiqiçinin xəyalıdır: əsl musiqi evinə çevrilən restavrasiya edilmiş 120 illik binadır. Bu mərkəzin seçdiyi dəyərlərə sadiqliyi musiqinin gündəlik siyasətin hüdudlarından və məhdudiyyətlərindən kənarda inkişafına imkan verir”, – deyə pres-relizdə qeyd edilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top