
Bu yerlərdə tikilən evlər söküləcək
Pay torpaqlarında ev və ya obyekt tikmək olmaz. Pay torpaqları yalnız əkin üçün nəzərdə tutulub. O ki qaldı bu torpaqların sənədləşdirilməsinə, proses davam edir…
Pay torpaqlarının sənədləşdirilməsi prosesi davam edir. Vətəndaşlardan şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur. Bütün rüsumlar isə dövlət hesabına həyata keçirilir.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki, 50 minə yaxın ailənin pay torpağının sənədi yox idi. Ötən ilin oktyabrında prezident İlham Əliyevin fərmanı ilə məhz bu torpaqların sənədləşdirilməsi prosesinə start verilib.
Vətəndaşları maraqlandıran digər bir sual isə pay torpaqlarında hər hansı bir tikintinin aparılması ilə bağlıdır. Qurum rəsmisi bu suala da aydınlıq gətirdi.
Qeyd edək ki, pay torpaqları 1990-cı illərdə Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində vətəndaşlara əvəzsiz olaraq verilib və milyon yarım vətəndaş pay torpağı ilə təmin edilib.
BƏNZƏR MƏQALƏLƏR
Bakıda bu binalar söküləcək – Pilot layihə ilə əvəz olunacaq – VİDEO
Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası […]
Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ: Hansı evlərin söküləcəyi AÇIQLANDI
Bakıda vətəndaşların neçə illərdir əziyyət çəkdiyi məsələlərdən biri qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlıdır. Bu […]
Daşınmaz əmlak bazarı: Qiymətlər qalxacaqmı?
Bu ilin aprel ayı ilə ötən ilin son ayları ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər […]