"Bu xəbər turizmçiləri sevindirir" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bu xəbər turizmçiləri sevindirir”

“Bildiyiniz kimi turizm sahəsi en çox zərər çəkmiş sahələrdən biridir. Hazırda bu sahə 100% dayanıb və pandemiya bitənə qədər gözləmə mərhələsində olacaq”. 

Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.

O bildirib ki, kadr potensialını qorumaq üçün dövlət tərəfindən işçilərin maaşları, birdəfəlik maddi yardım, vergi güzəştləri verilib və pandemiya bitənə qədər dövlət bu sahəyə kömək edəcək:

“Cənab Prezident Ümümdunya Turizm Təşkilatının Baş katibiylə videokonfrans zamanı qeyd etdi ki, turizm sahəsi böyük zərər çəkən sahələrdən biridir və dövlət tərəfindən bu sahəyə dəstək verilir. Kadr potensialını qorumaq üçün dövlət tərəfindən işçilərin maaşları, birdəfəlik maddi yardım, vergi güzəştləri verilib və pandemiya bitənə qədər dövlət bu sahəyə kömək edəcək. Bu xəbər turizmçiləri sevindirir və gələcəyə ümüdlərini gücləndirir. Kadr potensialını qorumag bizim sektorda çox vacibdir, çünki bir işçini bu işə öyrətmək üçün ən azı 6 ay vaxt tələb olunur. Sistemlərin öyrənilməsi, marketinq kursları, satış təcrübəsi, bu da şirkət üçün vaxt və maddi xərclər deməkdir. Bu səbəbdən kadr potensialının qorunub saxlanılması çox vacibdi. Çünki postpandemiyada kadr qıtlığı ilə üzləşmə ehtimalı çoxdur. Bu da o deməkdir ki, bu sahədə servis (xidmət) aşağı səviyyəyə düşə bilər və nəticədə turistlərin narazılığı və keyfiyyətin aşağıya düşməsinə gətirə bilər. Qeyd edim ki, Azərbaycanda turizm sahəsi neft sektorundan sonra 2-ci yerdə olan sahədir ki, Respublikaya valyuta gətirir. 2019-cu ildə turizmlə təxmini 2 milyard dollar ölkəmizə pul daxil olub”.

Ekspert qeyd edib ki, ildən-ilə turizm sektoru ölkəmizdə müsbət dinamika ilə irəliləyirdi, beynəlxalq turizm sərgilərində Azərbaycan iştrak edərək öz turizm potensialını dünyaya nümayiş etdirirdi ki, pandemiya işləri zəiflətdi:

“Bu sahədə on minlərlə insan çalışır və get-gedə bu sahə genişlənir. Ümümiyyətlə Turizm özündə onlarla sahələri birləşdirir. Nəqliyat, otel, hava yolları, kafe, restoran, bələdçi və bir çox sahələr burada çalışır və inkişaf edir. İldən-ilə bu sahə ölkəmizdə müsbət dinamika ilə irəliləyirdi. Şəhərlərimiz gözəlləşir, yeni turizm marşrutları açılır, otellər tikilir, əyləncə mərkəzləri açılır. Beynəlxalq tədbirlər Azərbaycanda keçirilirdi. Evrovision, Formula 1, Avropa Oyunları, İslam Həmrəyliy Oyunları və s. tədbirlər məhz ölkəmizdə keçirilirdi. Reklam və marketinq işlərinə mühüm yer ayrılırdı. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq turizm sərgilərində Azərbaycan iştrak edərək öz turizm potensialını dünyaya nümayiş etdirirdi. Bu da turistlərin sayını artırır, bizi dünyada artıq maraqlı turizm marşrutu kimi tanımağa başlayırdılar. Təəssüflər olsun ki, pandemiya işləri zəiflətdi, yeni hədəflərimizi dondurdu. Virusa yoluxma riskləri yüksək olduğu üçün dövlətlərarası sərhədlər bağlandı və nəticədə səyahət edən yoxdur. Otellər bağlı, təyyarələr uçmur, kafe-restoranlar, əyləncə mərkəzləri işləmir. Fikrimcə bu hələ bir müddət davam edəcək və ilk öncə daxili turizmin açılması gözlənilir. Daha sonra getmə və gəlmə turizm sektorunda yenidən dirçəlmə müşahidə edilə bilər”.

Milli.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top