MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Tahir Mirkişili

Tahir Mirkişili – “Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir”

Əziz Sumqayıtlılar!

“Son günlər ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma hallarını artırmışdır. Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar”.

Economic.az bildirir ki,  bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz facebook səhifəsində bildirib. 

Komitə sədri həmçinin müraciətində qeyd edib ki, “bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir birinizdən məsafə saxlayasız. Həftə sonları evdə qalasız!”

Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top