Bu, şəhər və qəsəbələr də təbii qaz təchizatında məhdudiyyət olacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu, şəhər və qəsəbələr də təbii qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 1088 mənzilli yaşayış kompleksinə çəkilmiş diametri 159 millimetrlik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 23-cü kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri, Ceyranbatan, Saray, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək, Çiçək, Müşviqabad və 28 May qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top