MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Rusiya Dövlət Duması

Bu ölkədə erotik reklamların yayımının qadağan edilməsi məqsədəuyğun sayılmadı

Rusiya Dövlət Dumasının İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi gündüz saatlarında erotik xarakterli reklamların yayımlanmasını qadağan edən qanun dəyişikliklərinin qəbul edilməsini məqsədəuyğun hesab etməyib.

Komitə sədri bildirib ki, bu sənədlə bağlı hökumət də mənfi rəyini bildirib.

Qeyd edək ki, qanun layihəsinin müəllifi, millət vəkili Yan Zelinski gecə saatlarında yayımlanan verilişlərin reklamlarının – yəni verilişin tanıtım çarx və anonslarının gündüz saatlarında yayımlanmasını qadağan edən layihəni Duma Komitəsinə təqdim etmişdi.

Mənbə: trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top