Bu məhsulların qiyməti bahalaşıb – SİYAHI
2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
Economi.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında “Ət məhsulları” qrupu 0,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, “Tərəvəzlər” qrupu 4,7 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, “Araq, brendi (konyak)” qrupu 3,4 faiz, “Çaxır” qrupu 0,9 faiz, “Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı“ qrupu 0,4 faiz, “Avtomobillərin təmiri” qrupu 0,7 faiz, “Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, “Mehmanxana xidməti” qrupu 1,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]