Bu ilin yanvar-aprel aylarında Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu ilin yanvar-aprel aylarında Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb

Bu ilin ilk dörd ayında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 151,5 milyon manatlıq məhsul istehsal olunub.

Bakı şəhər Statistika Komitəsindən  verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,4 dəfə, metallurgiya sənayesində isə 35,2 faiz artım müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillərin istehsalı 42,2 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 5,1 dəfə, armatur istehsalı 33,7 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 36,5 faiz azalıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top