Bu ilin yanvar-aprel aylarında Bakıda metallurgiya sənayesi 35,2 faiz artıb
Bu ilin ilk dörd ayında Bakı şəhərində metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 151,5 milyon manatlıq məhsul istehsal olunub.
Bakı şəhər Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 2,4 dəfə, metallurgiya sənayesində isə 35,2 faiz artım müşahidə edilib.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillərin istehsalı 42,2 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 5,1 dəfə, armatur istehsalı 33,7 faiz artıb, qara metallardan digər konstruksiyaların istehsalı isə 36,5 faiz azalıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]