Bu ilin 9 ayında əsas kapitala 10148,7 milyon manat vəsait yönəldilib
Bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10148,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 24,4 faiz artıb.
Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,3 faizi məhsul istehsalı obyektlərinin, 22,4 faizi xidmət sahələri üzrə obyektlərin, 8,3 faizi isə ümumi sahəsi 1503,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,1 faiz, bank kreditləri 13,6 faiz, büdcə vəsaitləri 25,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,8 faiz, digər vəsaitlər isə 0,8 faiz olub.
Azərtac
BƏNZƏR MƏQALƏLƏR
-
Əməkhaqqı fondu daha 16 faiz artıb
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb. Bu artımın əsasında qeyri-leqal […]
-
Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb
Bu ilin I yarısının yekunlarına görə, Azərbaycan iqtisadiyyatı 6,2 % böyüyüb. Rəqəmi Dövlət Statistika Komitəsi açıqlayıb. Sevindirici […]
-
Mehmanxana və hotellərdə keçirilmiş gecələmələrin artıb
2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin […]