BU İL PAMBIQ SAHƏLƏRİNDƏN 193892 TON PAMBIQ YIĞILIB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BU İL PAMBIQ SAHƏLƏRİNDƏN 193892 TON PAMBIQ YIĞILIB

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb. Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu “Azərpambıq ASK” MMC-nin 25936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.

“Economic”ə verilən məlumata görə. bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub – 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton),  Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top