Bu il Masallıda 52 hektardan çox sahədə tütün əkiləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il Masallıda 52 hektardan çox sahədə tütün əkiləcək

Builki təsərrüfat ilində Masallı rayonunda 52 hektardan çox sahədə tütün əkilməsi proqnozlaşdırılıb.

Rayonda tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları parniklərdə yetişdirdikləri tütün şitillərini sahəyə köçürürlər. Qısa müddətdə 11 hektar sahədə tütün əkilib.

Məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növ tütünə üstünlük verirlər.

Hər il olduğu kimi, bu il də Banbaşı kəndinin fermerləri əkin kampaniyasında fəallıq nümayiş etdirirlər.

Qeyd edək ki, Masallıda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2015-ci ildə yenidən dirçəlməyə başlayıb. Həmin il rayonda ilk dəfə 14 hektarda tütün əkilib. 2019-cu ildə tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.

Ötən il tütün əkin sahələri daha 16 hektar genişləndirilib.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top