
Bu il “Gəncə Şərab–2” müəssisəsinin üzüm bağları 420 hektara çatdırılacaq
Prezident İlham Əliyevin ölkəmizdə üzümçülüyü inkişaf etdirmək, şərab istehsalını artırmaq, eləcə də hazır məhsulun xarici bazarlara çıxarılmasını təmin etmək məqsədilə verdiyi tapşırıqlara uyğun olaraq, “Gəncə Şərab-2” müəssisəsinin üzüm bağları bu il 420 hektara çatdırılacaq. Bu, ötən illə müqayisədə 15 hektar çoxdur.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran əsas məsələlərin həllinə həsr olunan hesabat yığıncağında məlumat verib.
“Gəncə Şərab-2” müəssisəsinin məhsullarının hər zaman yüksək keyfiyyəti ilə seçildiyini deyən E.Vəliyev bildirib ki, ötən il Gəncədə keçirilən “IV Beynəlxalq Şərab Festivalı”nda müəssisənin “Roze” şərabı qızıl medala, “Hill side” Saperavi şərabı isə gümüş medala layiq görülüb.
BƏNZƏR MƏQALƏLƏR
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]