
Bu il Azərbaycanda daha 5 “ASAN xidmət” mərkəzi əhalinin istifadəsinə veriləcək.
Economic.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
O bildirib ki, bu il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında “Asan Xidmət” mərkəzləri istifadəyə veriləcək. Bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 20-ə çatmış olacaq.
Şöbə müdiri həmçinin qeyd edib ki, “ASAN” xidmət mərkəzləri olmayan bölgələrdə səyyar “ASAN xidmət”i də fəaliyyət göstərir.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.
BƏNZƏR MƏQALƏLƏR
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]