Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb

ECONOMIC: 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 milyard 752,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,2 faiz azalıb. İstifadə olunmuş vəsaitin 2 milyard 722,5 milyon manatı və ya 72,5 faizi məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı (19,4 faizi) xidmət sahələrinə, 304,0 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 132,6 milyon manatını və ya 56,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 722,9 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7 faiz, büdcə vəsaitləri 15,6 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib. Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top