Bu il Azərbaycan təbii qaz ixracını 11% artırıb
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 342 mln. 922,61 min ABŞ dolları dəyərində 1 mlrd. 893 mln. 203,57 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Economic” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 188 mln. 081,05 min kubmetr və ya 11,03% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 66 min 721,09 dollar və ya 24,16% çoxdur.
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 6,07%-ni təşkil edib.
BƏNZƏR MƏQALƏLƏR
-
ARDNF 461,6 milyon dollar məbləğində vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin iyul ayı ərzində 461,6 milyon ABŞ […]
-
Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,9 milyard kubmetr qaz ixrac edib
Economic.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2021-ci il ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz […]
-
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Bolqarıstanın “DSK” bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi üçün qısamüddətli […]