MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dollar

Bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım ayrıla bilər

Ukraynaya 40 milyard ABŞ dollarına yaxın yardım paketinin bu həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.

Bu barədə “The Wall Street Journal” Demokratlar Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq paket çərşənbə axşamı ( 12 may – red) konqresmenlərin təsdiqinə təqdim edilə bilər.

Ötən həftə ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə hərbi yardım elan edib. Eyni zamanda, Amerika lideri xatırladıb ki, Konqres tərəfindən Ukraynaya bu cür yardımın göstərilməsi üçün ayrılan vəsait demək olar ki, tükənib. Bununla bağlı dövlət başçısı yenidən qanunvericiləri Vaşinqton administrasiyasının Kiyevə əlavə 33 milyard ABŞ dolları yardım üçün göndərdiyi sorğunu təsdiqləməyə çağırıb./report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top