MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

məktəb

Bu gündən ibtidai siniflərin payız tətili başlayır

Bu gündən respublikanın ümumtəhsil məktəblərində ibtidai siniflərin payız tətili başlayır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.

Qərar əsasən tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir.

Beləliklə ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.

Qərara əsasən ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top