MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

8929_10.5.2021.13

Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşlarının vaksinasiya prosesinə başlanılıb.

Economic.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı səhiyyə nazirinin birinci müavini Teymur Musayev verib.

Vaksinasiya “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən keçirilir. Vaksinasiyanın əsas məqsədi koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verib.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərdir.

Yanvarın 18-dən başlanılan baksinasiya kampaniyasında Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top