MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-d1f44e2f16283997174340565271092367

Bu gün Tokio Olimpiya Oyunları bir sıra tədbirlərlə başa çatacaq.

Tokio Olimpiya Oyunları avqustun 8-nə planlaşdırılan bir sıra tədbirlərlə başa çatacaq.
Həmin gün səhər Sapporoda kişilər arasında marafon yarışı keçiriləcək. Qaçışçılar Sapporonun “Odori” parkında başlayacaq və yekunlaşacaq marşrut üzrə yarışacaqlar.
Qadınlar arasında basketbol üzrə final oyunu ABŞ və Yaponiya komandaları arasında keçiriləcək. Yaponiya komandası ilk dəfədir ki, bu yarışların final mərhələsinə adlaya bilib. ABŞ komandası isə artıq yeddinci dəfədir ki, Olimpiya Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Bazar günü, həmçinin velotrek və bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.
Tokio XXXII Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi yerli vaxtla saat 20:00-da Milli Olimpiya stadionunda keçiriləcək.
“Bizim bölüşdüyümüz dünya” adlı mərasimin təşkilatçıları insanların koronavirus pandemiyasına görə qapalı mühitdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, eyni hissləri yaşadığını bir daha nümayiş etdirməyə çalışacaqlar.
Həmçinin bildirilir ki, təşkilatçıların qənaətinə görə bağlanış mərasimi, eyni zamanda tezliklə başlayacaq Paralimpiya Oyunlarının startına çevriləcək.
Bağlanış mərasimin ən parlaq anlarından birinin isə Olimpiya estafetinin “Tokio-2020”dən “Paris-2024”ə ötürülməsi olacaq.
Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top