
Bu gün “Son zəng”dir
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” keçiriləcək.
“Son zəng” tədbirləri müəyyən qaydalar çərçivəsində təşkil olunacaq.
Həmin qaydalar bunlardır:
– Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;
– Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
– 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.
2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Məşədi İbad demişkən: 160 manat pul, 2-3 gün “stüardessalıq” və 1 ədəd arayış – Muxtar Respublikada tələbə güzəşti
Naxçıvanda tələbələrdən 10 manatlıq güzəşt üçün 2-3 gün havada “stüardessalıq” tələb olunur – Məntiqinizə […]
-
Ermənilər Laçını talan edir
Laçında məskunlaşmış ermənilərin əşyalarını elə öz soydaşları yağmalayır. Məlumata görə, Laçının təhvil verilməsini eşidən ermənilər […]
-
Mirziyoyev Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edib
Eyni zamanda o, regionun statusunun dəyişməsindən imtina etməyə hazırdır. Bölgədə fövqəladə vəziyyət avqustun 2-dək […]