
Bu gün Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Aprelin 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərraca çıxarılan notun həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 252 gündür. Notlar dekabrın 16-da ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu günün valyuta məzənnələri
Türkiyə lirəsi isə ucuzlaşmaqda davam edib Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta […]
-
Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər — 2022” proqramını bitirdi
Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance […]
-
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” […]