MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

16097577315380564719_367x266

Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək

Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq.
Economic.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “OPEC+” nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. İclasda neft hasilatının artırılıb-artırılmayacağına dair qərarın verilməsi də gözlənilir.
Analitiklərə görə, “OPEC+”un fevral ayında istehsalı artırma ehtimalı 50 faizdir. Çünki dekabr ayındakı artım qərarı sonrasında satışlarda yüksəliş olmuşdu.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin dekabrda keçirilən 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 milyon barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaq. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top