MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

hava

Bu gün hava əsasən yağmursuz olacaq

Yanvarın 3-də Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir və mülayim cənub küləyi əsəcək. Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.

 Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 7-12° isti, yüksək dağlıq ərazilərdə 15-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top