BU GÜN BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI BİZNES FORUMU KEÇİRİLƏCƏK
Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak edəcəklər.
Economic.az xəbər verir ki, biznes forumda kənd təsərrüfatı naziri İnam Kərimovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPROMO) rəhbəri Yusif Abdullayevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin, Türk Kənd Təsərrüfatı Maşınları və Avadanlığı İstehsalçıları Assosiasiyasının (TARMAKBİR) sədri Şenol Önalın çıxışları nəzərdə tutulur.
Tədbir Bakı Biznes Mərkəzində, saat 11.00-da keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat 10.00-da başlayacaq.
Media nümayəndələri dəvətlidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Özəl şirkətlər “Aqrokadr.az” portalı ilə əməkdaşlığı genişləndirir
Aqrokadr.az portalında özəl müəssisələrə aid 20-dən çox vakansiya dərc edilib. Aqrokadr.az portalı vasitəsilə dövlət və […]
-
Rusiya ilə Azərbaycan arasında taxıl və gübrə tədarükü ilə bağlı qarşılıqlı anlaşma var
Rusiyanın Bakıdakı səfiri bildirib ki, Rusiya Azərbaycana taxıl tədarükünü davam etdirəcək. Bu məsələ ilə bağlı […]
-
Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib
Çəltikçilin inkişafı ilə bağlı Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları […]