MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Biznes

Bu gün Azərbaycanda Sahibkarlar Günüdür

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.

“Sahibkarlar Günü”nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətidir, ölkədə sahibkarların uğurlu fəaliyyəti üçün dövlət tərəfindən davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin qəbul etdiyi çox ciddi qərarlar, imzaladığı Sərəncam və Qanunlar bu istiqamətdə mühüm rol oynayır.

Dövlət başçısının sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, lisenziyaların ləğvi, yoxlamaların dayandırılması ilə bağlı son tapşırıqları isə, təkcə sahibkarlara yox, ölkəmizdə istehsal sahələrinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun inkişafına, ixrac qabiliyyətli məhsulların istehsalının artırılmasına göstərilən diqqət və qayğıdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top