
Bu ayda hərraca 74 dövlət əmlakı çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı 23 noyabr tarixində təşkil ediləcək. Hərraca 74 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 54-ü isə nəqliyyat vasitəsidir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3jdyi2i)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
İqtisadiyyat Nazirliyinin yeni Çağrı Mərkəzi – 195-1 fəaliyyətə başladı
Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak […]
Azərbaycanda bu sahədə yeni proqram hazırlanır – Nazir
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır. Economic.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat […]
Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə edilib
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa mühüm töhfədir. […]