BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.

Economic.Az Trend-ə istinadən xəbər verir ki, şirkət, Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

250 ton polad borular, 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb. 100 to plastmass borular, 11 platformaya yüklənərək, Türkiyədən Şəmkirə nəql edilib.

600 ton beton dirəklər isə, 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.

Bütün yüklərərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq, burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbayacana yollarını davam etdiriblər.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars daəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.

Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq, yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top