Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək

London, 18 iyul, AZƏRTAC

Britaniyalı məşhur müğənni Adel növbəti konsert proqramlarından sonra musiqi fəaliyyətinə böyük fasilə verəcək.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Almaniyanın “ZDF” telekanalına müsahibəsində deyib. Müğənni musiqi ilə bağlı yeni heç bir planı olmadığını, musiqiyə uzun müddət fasilə vermək və bir müddət başqa yaradıcılıqla məşğul olmaq istədiyini qeyd edib.

Adel deyib ki, musiqiyə fasilə vermək səbəblərindən biri də hər zaman diqqət mərkəzində olmağıdır. O, musiqini sevdiyini, ancaq şöhrət məsələsinə nifrət etdiyini deyib. Müğənni məşhur olmadığı vaxtları üçün çox darıxdığını da əlavə edib.

Adel avqust ayında Munxendə 10 gün konsert verəcək. Onun Las-Veqasdakı konsert proqramının isə noyabrda yekunlaşacağı gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top