Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər
London, 4 iyul, AZƏRTAC
Britaniyada parlament seçkilərində səs vermə başa çatıb və “exit-poll”un nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, keçirilən “exit-poll”a görə Leyboristlər partiyası parlamentdə böyük bir üstünlük qazanıblar. Keir Starmerin rəhbərlik etdiyi partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər.
Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazımdır.
Seçkilərin nəticələrinin əksəriyyəti Britaniya saatı ilə iyulun 5-də saat 6-ya qədər elan ediləcək.
“Exit-poll” “Ipsos UK” şirkəti tərəfindən “Sky News”, BBC və “ITV News” kanalları üçün keçirilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]