MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

et idxali

Braziliyadan ət idxalı dayandırıla bilər.

Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi üzrtə komissarı Vitenis Andriukaitis Braziliyaya səfərə gedib. Komissarın səfərində əsas məqsəd istifadəyə yararsız ətlə bağlı məsələyə aydınlıq gətirməkdir. Economic.az məlumatına görə, Kənd təsərrüfatı naziri ilə görüşdən sonra komissar qeyd edib ki, Braziliya hökuməti keyfiyyətə nəzarət sisteminin səmərəli işini təmin etməlidir. Qeyd edək ki, martın 17-dən etibarən külli miqdarda istifadəyə yararsız ət aşkar edən Braziliya polisi istintaqa başlayıb. Təhqiqat çərçivəsində 21 böyük sallaqxana yoxlanıb. Yerli mətbuat veterinar xidmətin rüşvət müqabilində xəstə heyvanlara arayış verdiyini iddia edib. Bu xəbər dünyanın ən böyük ət və yumurta ixracatçısı olan ölkənin nüfuzuna ciddi zərbə vurub. Bir çox ölkə Braziliyadan idxal edilmiş ət və ət məhsullarını geri qaytarıb. Ümumilikdə isə qalmaqaldan sonra ət ixracı 19% azalıb.

Azər Qismət

Economic.az

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top