Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəyanat yayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəyanat yayıb

London, 10 sentyabr, AZƏRTAC

Fransa, Almaniya və Böyük Britaniya hökumətləri birgə bəyanat yayaraq İranın Rusiyaya ballistik raketlər ixrac etməsini kəskin şəkildə qınayıb.

AZƏRTAC Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bəyanatda silah tədarükünün Avropanın təhlükəsizliyinə təhdid olduğu bildirilib.

“İranın Rusiyaya hərbi dəstəyinin artması İran raketlərinin Avropa torpaqlarına çatmasına, Ukrayna xalqının əzablarını artırmasına səbəb olacaq. Bu addım həm İranın, həm də Rusiyanın gərginliyi artırdığını göstərir və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”,- deyə birgə bəyanatda qeyd olunub.

Böyük Britaniya, Fransa və Almaniya İranı müharibədə Rusiyaya verdiyi dəstəyi dərhal dayandırmağa və ballistik raketlərinin təkmilləşdirilməsi və ötürülməsini dayandırmağa çağırıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top