MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

milli meclis

Tahir Mirkişili – “Böhrandan minimum itkilərlə çıxmağa iqtisadi imkanlar mövcuddur”

İki gün öncə Azərbaycan iqtisadiyyatının bu ilin beş ayının nəticələri elan olunub.

İndiki pandemiya şəraitinin iqtisadi göstəricilərə təsirinin əhəmiyyətini nəzərə alaraq bu rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Öncə qeyd edim ki, gözlənildiyi kimi, 5 ay ərzində ÜDM-in həcmi 1.7% azalmış, idxal 26.7%, ixracın həcmi isə 25.3% azalıb. Azalma yük və sərnişin daşımalarında da müşahidə olunmuş, hər iki göstərici müvafiq olaraq 10.3 və 24% azalıb”.

Bu sözləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında cari məsələlərin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədrinin sözlərinə görə, azalmalar əsasən Beynəlxalq bazar konyunkturasından asılı olan və Azərbaycan dövlətinin atdığı addımlardan asılı olmayan sahələrdə (neftin qiymətinin, ixrac qiymətlərinin azalması, yük daşımalarda azalma və s) baş verib və bu gözlənilən idi:

“Amma bunlarla yanaşı ölkənin iqtisadi artım və məşğulluğu təmin edəcək böyük potensiala malik sahələrdə artımın davam etməsi çox sevindirici haldır. Belə ki, bu ilin 5 ayında qeyri neft sənayesinin 14% , kənd təsərrüfatı istehsalı həcmin 3.6% və büdcə gəlirlərinin 17% artması ölkəmizin çətin şəraitdə belə inkişaf potensialından xəbər verir. Xüsusi qeyd etmək istərdim ki, təhlillər göstərir ki, hansı sahələrdə aparlan iqtisdi islahatlar daha çox mənimsənilib, o sahələrdə artım davam edir. Ölkədə orta aylıq əmək haqqının artaraq 740 manata çatması əhalini maddi rifahı halı nöqteyi nəzərindən də mühümdür. İqtisadçılarda belə bir ümumi fikir var ki, azalmanın olmasından daha çox azalma tempi daha böyük önəm daşıyır. Bu kontekstdə qeyd etmək istərdim ki, Avropa Birliyində 2-cü rüb üzrə Ümumi Daxili Məhsulun 14% azalması gözlənilir. Dünya Bankının bir-neçə gün öncə açıqladığı yeni hesabatında (Global Economic Prospects) 2020-ci ildə Azərbaycanda ÜDM-in 2.6% azalacağı proqnozlaşdırılır”.

Tahir Mirkişili  müqayisə üçün 2020-ci ildə Rusiyada ÜDM-in 6%, Gürcüstanda 4.8%, Qazaxstanda 3%,Türkiyədə 3.8% azalacağının proqnozlaşdırıldığını deyib:

“İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə Azərbaycan iqtisadiyyatının əsas iqtisadi artım və məşğulluğu təmin edən mənbələrin, yəni qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsul istehsalında mühüm irəliləyişlərin müşahidə olunması dövlətin gördüyü tədbirlərin effektiv olmasını göstərir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur. Azərbaycan indiki şəraitdə həm insan sağlamlığını qoruyan, həm də hədəf sektorlarda iqtisadi artımı təmin etməyi bacaran yeganə ölkədir”. 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top