MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

BNA-dan aşkar olunan qanunsuzluqlarla bağlı açıqlama

Bakı Nəqliyyat Agentliyinin 2020-ci il üzrə təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunub. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev deyib.

O bildirib ki, yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub. 20 ədəd avtobusun idxalı isə 2021-ci ildə təmin edilib.

“Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılma prosesi ləngimədən həyata keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün müraciət olunub”, – deyə BNA rəsmisi əlavə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top