MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

BMV

“BMW”nin Britaniyadakı işçiləri tətil keçirməyə hazırlaşırlar

“BMW” avtomobil şirkətinin Britaniya nümayəndəliyinin işçiləri tətil aksiyası keçirəcəklər. Aksiya şirkətin təqaüd planının bağlanması ilə əlaqədardır.

Şirkətin təqaüd planının Britaniyada bağlanması işçilərin pensiya gəlirlərini 160 min funt sterlinq azaldılması deməkdir. İşçilər aprelin 19-dan mayın 24-dək tətilə çıxacaqlar. Alman şirkəti “BMW”-nin Birləşmiş Krallıqda 8 minə yaxın işçisi var. Təqaüd planına düşən 3500 işçi tətilə çıxacaq.

Şirkətdən verilən açıqlamada bildirilib ki, qurum işçilər üçün hər zaman ən yaxşı təqaüd planı qurmağa çalışıb. Tətilə çıxacaq işçilərə aksiya keçirməsinlər deyə alternativ yollar da təklif edilib.

“BMW” Birləşmiş Krallıqda “Mini” və “Rolls-Royce” avtomobillərini, həmçinin mühərriklər istehsal edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top