BMW və “Toyota” hidrogenlə işləyən elektrik avtomobillər hazırlayacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
Almaniyanın “Bayerische Motoren Werke AG” (BMW) və Yaponiyanın “Toyota” şirkətləri birlikdə hidrogen yanacağı ilə işləyən elektrik avtomobilləri işləyib hazırlayacaq.
AZƏRTAC xəbər verir ki, 2028-ci ildə BMW mövcud model sıralarından birinə hidrogenlə işləyən avtomobil əlavə edəcək. Güc bloklarını tərəfdaşlar birlikdə işləyib hazırlayacaqlar.
Şirkətin hidrogen avtomobilləri üzrə vitse-prezidenti Mixael Rat jurnalistlərə bildirib ki, yeni BMW avtomobilləri evdə enerji doldurma cihazları olmayan və ya belə şəbəkələrə çıxışı olmayan uzun məsafələr sürməli olan alıcılar üçün nəzərdə tutulub.
Avtomobillər akkumulyatordan deyil, yanacaq elementinin içərisində hidrogen və oksigenin qarşılıqlı təsiri nəticəsində istehsal edilən elektrik enerjisi ilə işləyir. Eyni zamanda, BMW hidrogen avtomobillərinə akkumulyatorla işləyən avtomobillərin əvəzedicisi kimi baxmır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]