
“Bloomberg”: S.Ərəbistanı “Saudi Aramco”nun özəlləşdirilməsini ertələyə bilər
Səudiyyə Ərəbistanı “Saudi Aramco” dövlət neft şirkətinin özəlləşdirilməsi prosesini neft bazarında vəziyyətin nisbətən düzələcəyi dövrə qədər ertələyə bilər. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi anonim mənbələrə istinadən məlumat verir.
Agentlik bildirir ki, S.Ərəbistanı “Saudi Aramco”nun səhmlərinin 5%-nin ilkin emissiyasını (IPO) 2019-cu ilin I-II rübündə həyata keçirə bilər. Qeyd edək ki, cari plana əsasən, “Saudi Aramco”nun IPO-sunun 2018-ci ilin ikinci yarısında keçirilməsi planlaşdırılır və satışdan 100 mlrd. ABŞ dolları gəlir gözlənilir.
Xatırladaq ki, oktyabr ayında S.Ərəbistanının paytaxtı Ər-Riyadda nəhəng investisiya konfransı keçiriləcək və burada IPO-nun vaxtı ilə yanaşı harada keçiriləcəyi də müzakirə olunacaq. Hələlik IPO-nun keçirilməsi üçün London və Nyu-York birjaları namizəddir.
BƏNZƏR MƏQALƏLƏR
Ümumdünya Təbiəti Mühafizə Fondu meşələrin məhvinə dair yeni hesabatını açıqlayıb
Tropik meşə örtüyünün məhv edilməsində əsas səbəbkarların Qərb ölkələri olduğu tez-tez ictimailəşdirilir. Ümumdünya Təbiəti Mühafizə […]
“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır
Economic.az: Amerikanın “Google” korporasiyası “YouTube” üzərindən işləyən bloqerlərdən 2021-ci ilin iyunundan vergi tutmağa hazırlıq görür. […]
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]