Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

2019-cu ildə “Rəqəmsal hökumət” quruculuğu istiqamətində nəzərdə tutulan əsas layihələrdən biri müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu istiqamətdə qarşıya qoyulmuş prioritetlərdən biri də blokçeyn platformasının yaradılmasıdır.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən  bildirilib ki, blokçeyn vergi sistemi yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır.

Vergi inzibatçılığında qlobal meyillər və rəqəmsal transformasiyalar, vergiödəyiciləri ilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazirliyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlər bu gün aktuallığı ilə seçilir.

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin direktor müavini Şamil Ərəbov qeyd edib ki, bir çox ölkələrin elektron idarəetmə təcrübəsində istifadə edilən blokçeyn texnologiyalarının hazırda rəqəmsal iqtisadiyyatda rolu artır. Həmin sahənin vergiyə cəlb edilməsi əsas məsələlərdən biri olduğundan, bununla əlaqədar Vergi Məcəlləsinə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı müddəalar daxil edilib. Blokçeyn üzrə əməliyyatların aparılması zamanı hüquqi şəxslər üçün mənfəət, fiziki şəxslər üçün isə gəlir vergisinin tutulması planlaşdırılır.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top