Blinken və Quterreş Vaşionqtonda görüşüblər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Blinken və Quterreş Vaşionqtonda görüşüblər

Vaşinqton, 5 iyun, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken və BMT Baş katibi Antonio Quterreş Vaşionqtonda görüşüblər.

AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət katibi Qəzzada bütün girovların azad edilməsini təmin edəcək və böhrana son qoyacaq hərtərəfli atəşkəsə nail olmaq üçün təklif olunan sazişə ictimai dəstəyinə görə Baş katibə təşəkkür edib.

Blinken BMT Təhlükəsizlik Şurasının bu sazişin təxirə salınmadan həyata keçirilməsinə çağırış etməsinin vacibliyini vurğulayıb. Tərəflər Qəzzadakı insanlara humanitar yardımın çatdırılması üçün səylərinin dəstəklənməsinin vacibliyini qeyd ediblər. Həmçinin ABŞ və BMT-nin Ukraynanın hərtərəfli, ədalətli və davamlı sülh yolunda səylərinə dəstəklə bağlı əməkdaşlığını müzakirə ediblər.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top