MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Arzu Qafarli

“BiznesMƏN” layihəsinin ikinci tədbiri və təlimi keçirilmişdir.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər Gənclər Evinin təşkilatı dəstəyi ilə həyata keçirilən “BiznesMƏN” layihəsinin ikinci tədbiri və təlimi keçirilmişdir. 

Economic.az bildiri ki, tədbiri giriş sözü ilə açan Xəzər Gənclər Evinin direktoru Əligül Ağayev qonaqları salamlayaraq, layihənin işində uğurlar arzulayıb. Sonra Layihə rəhbəri Babək Nağıyev layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd uğurlu biznes qurmaq üçün lazım olan formulun gənclərə aşılanması, dövlət, cəmiyyət və ailə üçün yararlı vətəndaşların yetişdirilməsi, bacarıqlı savadlı, potensiallı və məqsədli gənclərin sayının artırılması, özundə inamın güvənin aşılanmasına və onlara alternativ yollardan istifadə etməyə yönəltməkdir. Daha sonra biznes üzrə təlimçi Arzu Qafarlı  “Uğurlu biznesin sirri”,  “Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır” kimi mövzularda layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda öz mövzularının təqdimatını etmişdir.

Qeyd edək ki, layihədə gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq maarifləndirici bukletlər nəşr edilmişdir. Layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak etmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top