MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

222720373_253221933296460_7309279678742626310_n

“Biznesini Yarat marafonu” iştirakçılarının təlimləri davam edir

ECONOMİC: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi – “Biznesini Yarat Marafonu”nun seçim mərhələsini uğurla keçən şəxlərin biznes təlimləri davam edir.

Marafona 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc müraciət edib. Qısa videoçarx şəklində təqdim edilən biznes ideyalar təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və 127 gənc təlim mərhələsinə keçib. Müraciətlər dəyərləndirilər zaman Vətən müharibəsində iştirak edən, müharibədə yaralanan, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.

Təlim mərhələsində iştirakçılara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təlimlər keçiriləcək, həmçinin mentor dəstəyi göstəriləcək. Təlimi uğurla başa vuran gənclərə biznes ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən resurs və maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində 3 müxtəlif istiqamət üzrə: “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu”, “Peşəkar Gənclik” layihələrinin həyata keçirilməsi planlaşdırılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top