Bitcoin məzənnəsi minimum səviyyəyə düşüb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bitcoin məzənnəsi minimum səviyyəyə düşüb

Bazar ertəsi, mayın 9-da keçirilən hərrac zamanı bitcoinin qiyməti 33,49 min dollara düşüb ki, bu da 2021-ci ilin yayından etibarən ən aşağı göstəricidir. Bunu “Binance” birjasının məlumatları sübut edir.

Hərrac başlayandan sonra bitcoin 3,35% ucuzlaşıb və Moskva vaxtı ilə 11,14-də 33,49 min dollara enib. Moskva vaxtı ilə 13,12-də rəqəmsal valyutanın məzənnəsi 33,39 min dollar  (-3,59%) təşkil edib.

Mayın 6-da “Moody’s” sanksiyalar səbəbindən kriptovalyutaların Rusiya üçün səmərəsiz olduğunu açıqlayıb. “Moody’s” əlavə edib ki, kriptovalyutalar Rusiyaya beynəlxalq maliyyə əməliyyatlarını məhdudlaşdıran Qərb sanksiyaları ilə mübarizədə kömək edə bilməyəcək.

Bundan əvvəl Rusiya Bankının Haqsız Təcrübələrə Qarşı Mübarizə Departamentinin direktoru Valeri Lyax bildirmişdi ki, 2022-ci ilin birinci rübündə müəyyən edilmiş maliyyə piramida sxemlərinin 58%-dən çoxu kriptovalyutalarla bağlıdır. Onun sözlərinə görə, son vaxtlar kriptovalyutadan istifadə etməklə köçürmələrə və ya guya rəqəmsal alətlərə investisiyalara əsaslanan yeni tipli sxemlərin sayında artım müşahidə olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top