BirKart sahiblərinə bayram fürsəti! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BirKart sahiblərinə bayram fürsəti!

Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə, BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.

Bankdan “Economic“ə verilən məlumata görə, 6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, 12 aylıq taksit təklif edən partnyorda ödəniş müddəti 12 deyil, 15 ay olacaq. Ümumiyyətlə, BirKart-ın ölkə üzrə 1000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. Bu kartları məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+99 451) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top