Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni Paralimpiya çempionu olması münasibətilə təbrik edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni Paralimpiya çempionu olması münasibətilə təbrik edib

Bakı, 2 sentyabr, AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top