MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ixrac

Birinci rübdə 273 milyon 554 min dollar həcmində qeyri-neft məhsulu ixrac olunub

Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artırılması ilə bağlı görülən tədbirlər nəticəsini verməkdədir. 2017-ci ilin birinci rübündə ölkəmizdə həyata keçirilən ixrac əməliyyatları da bunu təsdiqləyir. Birinci rüb ərzində 273 milyon 554 min ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2017-ci ilin birinci rübü üzrə “İxrac icmalı”nda qeyd olunub.

“Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon 805,6 min ABŞ dolları və ya 11,8 faiz çoxdur. İxrac olunan əsas mallar kimya sənayesi məhsulları, fındıq, pambıq lifi, təzə və ya soyudulmuş tomat, şəkər, alüminium, xurma, alma və sairdir. Qeyr-neft məhsulların ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və İsveçrə qərarlaşıb”, – deyə icmalda bildirilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top