
Birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.
Birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Economic-in məlumatına görə, ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]