
Bir sıra şəhər və rayonlarda tətbiq edilən sərt karantin rejimi başa çatıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq edilən sərt karantin rejimi başa çatıb.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin rejiminin tələblərinə əməl olunmasına ciddi nəzarət edilib. İyunun 14-də saat 00:00-dan iyunun 15-i saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Sərtləşdirilmiş xüsusi karantin rejimini pozanlar inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Azərbaycanda koronavirus təhlükəsinə qarşı görülən bu və digər qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib. Odur ki, hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməlidir.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]